Ermənistan sərhədlərin açılmasına hazır olduğunu deyir, Türkiyə isə tələsmir
04 Noyabr 2025
Sülh prosesini institusionallaşdırmaqla yanaşı, Ermənistan hökumətinin daha bir prioriteti Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasıdır.
Bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə konfransda bildirib.
Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə sərhədlərinin açılması üçün bütün lazımi hazırlıqları görüb.
Qriqoryan qeyd edib ki, sərhədlərin açılması iqtisadiyyatlara qarşılıqlı fayda gətirə bilər.
Ankara bildirib ki, Türkiyənin Ermənistanla sərhədlərinin açılması məsələsi münasibətlərin normallaşması prosesindən asılı olacaq.
Bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat yayıb. Mənbə qeyd edib ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir.
"Hazırda söhbət konkret sərhədin açılmasından yox münasibətlərin normallaşmasından gedir. Bu məsələ (sərhədin açılması - red.) prosesin gedişatından asılı olacaq, hələ ki konkret müddət yoxdur", - mənbə nəşrə bildirib.