Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan da səfalətə sürüklənir

“İstehlakçı indeksi nöqteyi-nəzərindən əsas mallar üzrə inflyasiya qeydə alınmış 9 faizlik inflyasiyadan xeyli yüksək səviyyədə olub”.

Bu barədə Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan parlamentin maliyyə, büdcə və kredit məsələləri üzrə daimi komissiyasının iclasında bildirib.

O, qeyd edib ki, indi valyuta məzənnələri ilə bağlı çağırışlar var ki, bu da milli valyutanın məzənnəsini aşağı salmaq üçün Mərkəzi Bankın müdaxiləsinə yönəlib.

"Bu, yəqin ki, ixracatçılara müsbət təsir göstərəcək, lakin süni təsir olarsa, geniş ictimaiyyət bunun əvəzini ödəyəcək, çünki bu halda inflyasiya artacaq və bu, həyat səviyyəsinə təsir edəcək", - Qalstyan vurğulayıb.