Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əraqçi Hörmüz boğazının hansı şərtlərlə açılacağı barədə Uitkoffu məlumatlandırıb

ABŞ nümayəndəsinin israrı ilə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İranın xarici işlər naziri Abbas Əraqçi ilə Ağ Ev rəhbəri Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff arasında arasında görüş keçirilib.

IRIB xəbər verir ki, görüşdə Hörmüz boğazının yenidən açılması müzakirə olunub.

"Uitkoffun bu görüşlə bağlı müraciətinin qəbul edilməsinə səbəb Hörmüz boğazının yenidən açılması üçün İranın şərtlərinin çatdırılması olub", - məlumatda vurğulanıb.

Bildirilib ki, bu görüşdə İranın qəti mövqeləri ABŞ nümayəndəsinə çatdırılıb:

"Dəniz mühasirəsinin dərhal ləğv edilməsi, İranın bloklanmış bütün aktivlərinin dərhal ödənilməsi və bütün müqavimət cəbhələrində müharibənin sona çatması İranın Hörmüz boğazının yenidən açılması üçün şərtləri sırasındadır".

Xatırladaq ki, Tramp Nyu-Yorkda ABŞ və İran rəsmilərinin görüşdüyünü, müzakirələrin üç saat davam etdiyini bildirib.