Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Əl-Qaidə” lideri Ayman əl-Zəvahiri öldürülüb

ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra “Əl-Qaidə”yə rəhbərlik edirdi.

ABŞ prezidenti Cozef Bayden “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahirinin məhv edilməsi əməliyyatının bütün aspektlərdə uğurlu olduğunu bildirib.

O qeyd edib ki, terror qruplaşmasının lideri bu ilin əvvəlində Kabildə ABŞ kəşfiyyatı tərəfindən aşkarlanıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar heç vaxt Əfqanıstanın bir daha terrorçuların sığınacağına çevrilməsinə imkan verməyəcək.