Əfsanəvi Sandro Matsola vəfat edib
19 Sentyabr 2026
İtaliya millisinin və "İnter" klubunun sabiq futbolçusu Sandro Matsola vəfat edib.
Bu barədə Milan təmsilçisi məlumat yayıb.
Keçmiş hücumçu 83 yaşında həyatını itirib.
Xatırladaq ki, S.Matsola 1960-1977-ci illər aralığında "İnter"in heyətində 567 oyun keçirib, 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, İtaliya millisində 70 matçda 22 dəfə fərqlənib.