Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əbdürrəhman Vəzirov Moskvada dəfn edilib - FOTOLAR

Moskva şəhərinin Troekurov qəbiristanlığında Azərbaycanın keçmiş rəhbərlərindən Əbdürrəhman Vəzirovla vida mərasimi keçirilib.

Mərasimdə Ə.Vəzirovun yaxınları, o cümlədən oğlu Eldar çıxış edib.

Sonra Quran ayələri oxunub.

O, Troekurovskoe qəbristanlığında həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb. Ə.Vəzirov pzü sağlığında həyat yoldaşı İrinanın yanında dəfn olunmağı vəsiyyət edib.

1930-cu ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulan Ə.Vəzirov 1988-1990-cı illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1990-cı ilin yanvar faciəsindən sonra Rusiyaya gedib və ömrünün qalan hissəsini bu ölkədə yaşayıb. (Report)