Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Dünya çempionu olmaq ən böyük arzum idi” - Ronaldo

DÇ-2022-nin 1/4 finalında Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldo fikir bildirib.

Ronaldo ölkəsinin dünya kubokunu qazana bilməməsi ilə bağlı instaqram hesabında paylaşım edib:

“Portuqaliya üçün dünya kubokunu qazanmaq karyeramın ən böyük və iddialı arzusu idi. Sevinirəm ki, bir çox beynəlxalq titullar qazanmışam, lakin ölkəmizin adını dünyada ucalara çıxarmaq ən böyük arzum idi.  Bu arzum üçün çox mübarizə apardım. Mübarizədən heç vaxt üz döndərməmişəm və bu arzumdan əl çəkməmişəm. Təəssüf ki, dünən yuxu bitdi. Hamının bilməsini istəyirəm ki, çox fərziyyələr var, amma mənim Portuqaliyaya olan bağlılığım bir dəqiqə belə dəyişməyib. Həmişə həmin məqsəd uğrunda mübarizə aparmışam və heç vaxt həmkarlarımdan və ölkəmdən üz döndərməmişəm. Hələlik başqa sözüm yoxdur. Təşəkkürlər, Portuqaliya, təşəkkürlər Qətər”.