Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: 3-cü yerin sahibi Xorvatiya oldu - VİDEO

Qətərdə keçirilən dünya çempionatında bürünc medal qazan komanda bəlli olub.

Üçüncü yer uğrunda oyunda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəliblər.

Qarşılaşma Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə bitib. "Damalılar"ın qollarını 7-ci dəqiqədə Yosko Qvardiol, 42-ci dəqiqədə Mislav Orşiç vurub. Afrikalıların heyətində Əşrəf Dari 9-cu dəqiqədə fərqlənib.

Beləliklə, Xorvatiya seçməsi tarixində ikinci dəfə mundialın bürünc medalına sahib çıxıb. “Damalılar” 1998-ci ildə də eyni uğura imza atmışdılar.