DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb
27 Oktyabr 2026
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatı ilə Bakıda "Ceyhun Sabunçu"nun qətlində təqsirləndirilənlər barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda kütləvi dava zamanı "Ceyhun Sabunçu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.
Saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Rəhimov Emin Qoşqar oğlu və 1993-cü il təvəllüdlü Cəfərov Elmar Şücaət oğludur.
Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər DTX keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
18:24
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C. Mirağayevin bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı saxlanılan daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.
Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Belə ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cəfərov Elmar Şücaət oğlu və Rəhimov Emin Qoşqar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilmiş və barələrində həbsdə olma müddətinin əvvəli 24 oktyabr 2026-cı il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
17:11
Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən restoranlardan birində 43 yaşlı C.Mirağayevin bıçaq xəsarətlərindən qətlə yetirilməsi ilə bağlı daha iki nəfər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə göndərilib. Hazırda hər iki şəxs məhkəməyə gətirilib.
Yaxın saatlarda onlarla bağlı təqdimata baxılacaq.
Qeyd edək ki, bu hadisə ilə bağlı 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin planlı şəkildə təşkilində iştirak etdikləri müəyyən olunan, əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, eləcə də Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev həbs ediliblər.
Onu da qeyd edək ki, həbs edilə