DSX-də generalların yeri dəyişdi
14 Avqust 2026
General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.
Bu barədə müvafiq Sərəncam imzalanıb.
General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin olunub.
Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib. (Qafqazinfo)