DÇ-2026: Yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə Argentina ilə qarşılaşacaq
15 İyul 2026
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında ikinci finalçı bəlli olacaq.
Yarımfinal mərhələsinin ikinci oyununda İngiltərə və Argentina milliləri üz-üzə gələcəklər.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq.
DÇ-2026
15 iyul
23:00. İngiltərə - Argentina
Baş hakim: İsmail Elfat (ABŞ).
Atlanta stadionu
Xatırladaq ki, yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib. DÇ-2026-nın final matçı iyulun 19-da baş tutacaq.