DÇ-2026: İspaniya ilk finalçı olub
15 İyul 2026
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
Qolları Mikel Oyarsabal (22) və Pedro Porro (58) vurublar.
İspaniya yığmasının həlledici mərhələdəki rəqibi İngiltərə - Argentina matçının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda görüşdə sözügedən cütün məğlubu ilə üz-üzə gələcək.