Cənubi Koreyanın keçmiş prezidenti 5 il həbs cəzasına məhkum edilib
16 Yanvar 2026
Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol ötən il müstəntiqlərin onu saxlamaq cəhdinə mane olmaq da daxil olmaqla bir sıra ittihamlara görə 5 il həbs cəzasına məhkum edilib.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Seul Mərkəzi Rayon Məhkəməsi keçmiş prezidentin 2024-ci ilin dekabrında hərbi vəziyyət tətbiq etməsi ilə bağlı ittihamlar əsasında bu hökmü çıxarıb.