Logo
news content
User
Kateqoriyalar

Xəbər

Britaniya Ukraynaya əlavə qanadlı raketlər göndərib

Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərib. Ukrayna ordusu bu raketlərdən Rusiya ərazisinə zərbələr endirmək üçün də istifadə edir. Bu barədə "Bloomberg" mənbələrinə istinadla yazıb.

Göndərilən raketlərin sayı açıqlanmayıb. Ancaq "Bloomberg" onların sayının qış ayları üçün yetərincə olduğunu qeyd edir. Agentliyin mənbələrinin fikrincə, bu dövrdə Rusiya Ukrayna ərazisindəki infrastruktur obyektlərinə zərbələri gücləndirəcək.

Londonun bu addımı ABŞ prezidenti Donald Trampın yaxın zamanda Ukraynaya "Tomahawk" qanadlı raketləri verməmək qərarı ilə bağlı ola bilər. "Storm Shadow" raketləri "Tomahawk" qədər uzaqmənzilli olmasa da, Rusiya ərazisində bir neçə yüz kilometr dərinliyi vura bilir.

Ukrayna ilk dəfə 2024-cü ilin noyabrında bu raketlərlə Rusiya hərbi obyektlərin