Böyük inflyasiya olacaq, panika yaranacaq, bütün ölkə zərər çəkəcək…
01 Fevral 2022
Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi halında ona qarşı sərt iqtisadi sanksiyalar paketi hazırlayıb. “The New York Times” yazır ki, yeni tədbirlər Vaşinqtonun Kremlə qarşı sanksiyalar siyasətinə yanaşmasını əsaslı şəkildə dəyişir.
Əgər Amerika Krımın və Donbass ərazilərinin bir hissəsinin işğalına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Kremlin sahibi Vladimir Putini mühasirəyə almağa yönəlibsə və Rusiya Federasiyasının sadə vətəndaşlarına təsir etməyibsə, yeni tədbirlər bütün rusiyalıları "incidəcək": milyarderlərdən tutmuş orta təbəqəyə qədər.
Bu sanksiyalar paketi işə salınarsa, Rusiya yüksək inflyasiya, birjaların çökməsi və digər maliyyə panika formaları ilə üzləşəcək. Tədbirlər bütün Rusiya iqtisadiyyatına təsir edəcək və sadə rusiyalıların həyatına ciddi təsir göstərəcək ki, bu da özünü ərzaq və digər malların bahalaşması, həmçinin rublun devalvasiyasında büruzə verəcək. Rusiya xarici kreditlər almaq imkanını itirəcək, dövlət istiqrazlarının satışı və Rusiya iqtisadiyyatının əsas sektorları üçün texnologiyaların tədarükü qeyri-mümkün olacaq. Həmçinin, Rusiya prezidentinin yaxın ətrafının aktivləri dondurulacaq. Bank sektoruna və özəl kapital fonduna qarşı sanksiyalar 1,5 trilyon dollar zərərlə nəticələnəcək.
Eyni zamanda, məqalə müəllifləri xəbərdarlıq edirlər ki, Rusiyaya bu cür hərtərəfli iqtisadi zərbə Avropanın əsas iqtisadiyyatları üçün müəyyən risklər daşıyır. Moskva enerji təchizatının azaldılması və həmçinin, ABŞ və Avropa İttifaqının infrastrukturuna kiberhücumlarla cavab verə bilər. Bu baxımdan, Amerika hakimiyyəti Rusiyaya ən ağır zərbəni endirməyə və Qərbin iqtisadiyyatı üçün mənfi nəticələri minimuma endirməyə imkan verəcək tədbirlər paketi formalaşdırmağı hədəfləyir. (virtualaz)