Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bolqarıstanda avtobus qəza zamanı 45 nəfər ölüb

Bolqarıstanda avtobusun yanması ilə nəticələnən yol qəzasında 12-si uşaq olmaqla azı 45 nəfər həlak olub.

Bolqarıstanın BGNES agentliyi xəbər verir ki, qəza yerli vaxtla saat 3 radələrində (Bakı vaxtı ilə 5) Sofiya - Blaqoyevqrad magistralının 31-ci kilometrliyində baş verib.

 

İçərisində 52 nəfərin olduğu avtobus ötən gecə Bolqarıstan sərhədini keçib.

Ölənlər arasında avtobus sürücüsü də var. İki qadın və beş kişi olmaqla yeddi nəfər sağ qalıb.

Sağ qalanların hamısı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.(APA)