Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bill Qeyts koronavirusla bağlı növbəti proqnozunu verdi

“Microsoft”un qurucusu Bill Qeyts koronavirusa yoluxma barədə danışıb. O bildirib ki, COVID-19 tezliklə adi mövsümi soyuqdəyməyə çevriləcək.

İş adamı bu barədə tvitterdə yazıb.

Bill Qeytsin sözlərinə görə, “omikron” dalğasının ölkələrə yayılması ilə səhiyyə sistemlərinin üzərinə daha çox yük düşəcək: “Ən ağır hallar peyvənd olunmamış insanlarda baş verəcək. “Omikron” dalğası ötüşdükdən sonra yoluxma halları azalacaq. Odur ki, koronavirus daha çox mövsümi soyuqdəymə kimi müalicə olunacaq”.

Milyarder koronavirus növünə qarşı uzunmüddətli vaksinlərin yaradılmasının zəruriliyini qeyd edib və pandemiyanın tezliklə bitəcəyini bildirib.