Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bəqai İrana hücumu İkinci Dünya müharibəsinin başlamasına bənzədib

Rəsmi Tehran yanacağın bahalaşmasının İranın günahı olduğuna dair ABŞ-nin iddialarına qarşı çıxıb.

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai "X" sosial şəbəkə hesabında yazıb.

"ABŞ rəsmiləri yanacağın qiymətlərinin artmasında İranı günahlandırırlar, sanki ictimaiyyətin yaddaşı təcavüzkar müharibəni, əslində, kimin başlatdığını, Hörmüz boğazının bağlanmasına və ticarət gəmiçiliyinin pozulmasına gətirib çıxaran böhranı kimin hərəkətlərinin yaratdığını unudacaq qədər qısadır", - Bəqai bildirib.

XİN rəsmisi analoji taktikanın İkinci Dünya müharibəsinin başlamasına səbəb olan Almaniyanın Polşaya hücumu zamanı Adolf Hitler tərəfindən istifadə olunduğunu xatırladıb. O, İranın günahkar yox, qruban olduğuna diqqət çəkib.