Logo
news content
User
Kateqoriyalar

Xəbər

Baş ağrısı ilə oyananların diqqətinə - Səbəbi bunlar imiş

“Yuxudan oyanarkən baş ağrısı hiss etmək təkcə susuzluqla deyil, digər amillərlə də bağlı ola bilər”.

Bu barədə nevroloq Aleksey Məmatov bildirib.

Həkimin sözlərinə görə, səhər ağrıları əvvəlki gün az su içmək, kəskin tərləmək və ya spirtli içki qəbul etməkdən qaynaqlana bilər. Lakin o vurğulayıb ki, hər səhər mütəmadi təkrarlanan ağrıların səbəbi başqa ola bilər.

Mütəxəssis əlavə edib ki, bu hal qeyri-kafi və ya kəsintili yuxu, miqren, əzələ gərginliyi, eləcə də ağrıkəsicilərdən həddindən artıq istifadə nəticəsində yaranır.