"Barselona" Lionel Messinin şərəfinə "Kamp Nou"da tədbir keçirəcək
21 Sentyabr 2026
İspaniyanın "Barselona" Futbol Klubu "Kamp Nou" stadionunda yenidənqurma işləri başa çatdıqdan sonra komandanın keçmiş hücumçusu Lionel Messinin şərəfinə tədbir keçirməyi planlaşdırır.
Bu barədə Kataloniya klubunun prezidenti Joan Laporta məlumat verib.
Klub rəhbərinin sözlərinə görə, mərasim argentinalı hücumçuya ehtiramı ifadə edəcək.
İspaniya təmsilçisinin arenadakı bərpa işlərini 2028-ci ilin əvvəlinə qədər yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, L.Messi 2003–2021-ci illərdə "Barselona"da çıxış edib. O, Kataloniya komandası ilə 10 dəfə İspaniya çempionu və 4 dəfə Çempionlar Liqasının qalibi olub. 2023-cü ildən "İnter Mayami"də oynayan təcrübəli forvard daha əvvəl Fransanın PSJ klubunda da forma geyinib.