Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Azərbaycanla azad ticarət rejimi böyük bazarlara çıxmağa kömək edəcək” - Erməni nazir

“Əgər Azərbaycanla azad ticarət rejimi qurulsa, bu, nəinki biznesə və Ermənistan vətəndaşlarına zərər verməyəcək, həm də daha böyük bazarlara çıxmağa kömək edəcək”.

“JAMnews”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Erməni nazir Azərbaycanla dəmir yolu əlaqəsinin bərpasının perspektivləri barədə də danışıb. Onun sözlərinə görə, dəmir yolu əlaqəsi olmadan inkişaf etmiş sənayeyə malik olmaq mümkün deyil.

“Beləliklə, Ermənistan Rusiya, İran, Orta Asiya ilə dəmir yolu əlaqəsi əldə edəcək”, - o vurğulayıb.

Ermənistan-Türkiyə sərhədi mövzusuna gəlincə, V. Kerobyan bildirib ki, onun açılacağı təqdirdə Ermənistan cəmi 2-3 il ərzində 30% iqtisadi artım qeydə ala bilər.