Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycandakı İsrail səfrini ölümlə hədələyən İran səfiri XİN başçısına hesabat verib

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.

Bu barədə İran Xarici İşlər Nazirliyi xəbər verir.

Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.

Görüşdə Hüseyn Əmirabdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Xatırladaq ki, Seyid Abbas Musəvi bir neçə gün öncə İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələmişdi. Belə ki, Corc Dik öz rəsmi Tviter hesabında Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım etmişdi: "Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?"

Seyid Abbas Musəvi Tvitter hesabında Corc Dikin bu paylaşımına belə cavab verib: “Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!” – deyə qeyd edib.