Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC “Zəfər Günü” mövzusunda poçt markasını dövriyyəyə buraxıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib. Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.