Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 77 borclu şəxs saxlanılıb

Ötən gün Azərbaycanda törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 93 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.