Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda 61 məktəbdə təhsil 14 gün müddətinə dayandırılıb

Bu ilki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

"Bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb", - nazirlikdən bildirilib.