Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avtobus sürücülərindən maraqlı performans - Milli Musiqi Gününü qeyd etdilər - VİDEO

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar “BakuBus”ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. 

Məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısı sürücülər tərəfindən ifa olunub.  

İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.

Qeyd edək ki, sözləri Südabə Şəfa, musiqisi Nüşabə Muradovaya məxsus mahnının ən populyar ifaçısı Elmira Rəhimovadır. 

Həmin kompozisiyanı təqdim edirik: