Avropanın 10 ölkəsinin lideri Antiballistik Koalisiyanın yaradıldığını elan edib
14 İyul 2026
Avropanın 10 ölkəsinin lideri "Antiballistik Koalisiya" adlandırılan yeni birliyin yaradılmasına başlanıldığını elan edib.
Bu barədə Ukraynanın "Strana" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Yelisey sarayında bildirilib ki, koalisiyaya Ukrayna, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Norveç, İspaniya, İsveç və Böyük Britaniya daxildir.
Məlumatda qeyd olunur ki, yeni koalisiyanın məqsədi müdafiə-sənaye potensialından, elmi tədqiqatlardan və döyüş təcrübəsindən istifadə etməklə Avropa üçün inteqrasiya olunmuş raketdən müdafiə sisteminin birgə hazırlanmasıdır.