Logo
news content
User
Kateqoriyalar

Xəbər

Argentina futbolçuları İngiltərə ilə oyundan sonra meydanda “Malvin adaları Argentinanındır” yazılmış banner açıblar

Argentina millisinin futbolçuları dünya çempionatının yarımfinalında İngiltərə üzərində qələbədən sonra meydanda “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış banner açıblar.

Malvin adaları (Folklend adaları) hazırda Böyük Britaniyanın nəzarətindədir. Argentina isə arxipelaq üzərində suverenlik iddiasını davam etdirir.

Qeyd edək ki, 1982-ci ildə Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları uğrunda müharibə baş verib. Münaqişə nəticəsində adalar Londonun nəzarətində qalıb.

Bundan əvvəl Argentina hökuməti yarımfinal oyunu zamanı azarkeşlərə zorakılığı təhrik edə biləcək siyasi şüar və simvollardan istifadənin qadağan olunduğunu açıqlamışdı.