Altı milyon dollarlıq hədiyyəyə aldı, "Forbes"un baş redaktoru postunu itirdi
14 Avqust 2026
"Forbes" nəşrinin baş redaktoru Rendall Leyn vəzifəsini itirib.
Bu barədə "The New York Times" məlumat yayıb. Bildirilib ki, bu buna səbəb Rendall Leynin maliyyə məsləhətçiləri ilə bağlı məqalələr üzrə jurnalın tərəfdaşı olan "Shook Research" şirkətindən 6 milyon dollar vəsait almasının üzə çıxmasıdır. Məlumata görə, "Forbes"un işçilər üçün daxili qaydalarına görə, əməkdaşların şirkətdən kənar fəaliyyətlərdən maddi mənfəət əldə etməsi yolverilməzdir.
Bildirilib ki, həmin pul Leynə "Shook Research"in qurucusu Er Cey Şuk tərəfindən təqdim edilib. Vəsaitin ötürülməsi Şukun öz şirkətinin nəzarət səhm zərfini "PPC Enterprises"a satmasından sonra baş tutub.
"Forbes"un əməkdaşlar üçün təlimatında qeyd olunur ki, işçilər hər hansı kənar kommersiya işinə başlamazdan əvvəl rəhbərlikdən icazə almalıdırlar və onlara şəxsi qazanc əldə etmək qəti şəkildə qadağan olunur.
"Böyük bir xəta etdim və məsuliyyəti tam şəkildə qəbul edirəm. Aldığım hədiyyə barədə rəhbərliyi məlumatlandırmalı idim və bunu etməməyim çox ciddi səhv idi. Buna görə dərindən təəssüflənirəm, çünki nəticədə həm işimi, həm də çox sevdiyim komandamı itirdim. Lakin bu hadisə mənim "Forbes"a və oradakı gözəl insanlara olan hörmətimi azaltmır", - deyə işdən çıxdıqdan sonra Leyn "The Times"a müsahibəsində bildirib.
Amerikalı jurnalist Rendall Leyn "Forbes"da təqribən 15 ildir idi ki, çalışırdı. Fəaliyyəti zamanı Leyn "30-a qədər 30" və "Just 100" reytinqləri kimi nəşrin ən məşhur layihələrinin əsasını qoyub. Onun baş redaktorluğu dövründə "Forbes"un oxucu auditoriyası ən yüksək həddə çatıb.
NYT vurğulayır ki, son on ildə "Forbes" jurnalı "Shook Research"in məlumatlarına və tədqiqatlarına əsaslanan çoxlu materiallar dərc edib.