Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubaya qarşı strategiyasını ölkə rəhbərliyini dəyişdirmək üçün hərbi gücdən istifadə etmək əvəzinə, sanksiyaların və iqtisadi təzyiqin gücləndirilməsi üzərində cəmləşdirib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Agentliyin məlumatına görə, Vaşinqton Kuba hökumətinin gəlir mənbələrini məhdudlaşdırmaq və ölkə daxilində ziddiyyətləri artırmaqla rəhbərliyi danışıqlara məcbur etmək niyyətindədir. Çünki Kuba hakimiyyəti daha əvvəl ABŞ-ın dəyişiklik tələblərini rədd edib.

Qeyd edək ki, Pentaqon rəhbəri Pit Heqset daha əvvəl Vaşinqton administrasiyasının Kuba ilə bağlı, o cümlədən hərbi əməliyyatlar da daxil olmaqla, bütün variantları nəzərdən keçirdiyini bildirmişdi.