Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranın Buşehr və Hörmüzqan əyalətlərinə zərbələr endirib

İran Buşehr əyalətinin bir sıra rayonlarının ABŞ-nin zərbələrinə məruz qaldığını bildirib.

Bu barədə "Al Jazeera" Buşehr əyaləti administrasiyası rəhbərinin siyasi və sosial məsələlər üzrə müavini Ehsan Cəhaniana istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ hərbçiləri Dəşti rayonundakı əraziyə zərbə endiriblər. Bundan başqa, Çoğadək şəhərinə də hücum qeydə alınıb.

"Bu hücumun səbəb olduğu partlayış tələfata yol açmayıb", - Cəhanian deyib.

Eyni zamanda, Hörmüzqan əyalətinin nümayəndəsi Əhməd Muradi "Tasnim" agentliyinə bildirib ki, ABŞ-nin son iki gecə ərzində İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb.