Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İranda sualtı qayıqlar və gəmilərə xidmət göstərən obyektə zərbə endirib

ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanında sualtı qayıq və gəmilərə texniki xidmət göstərən obyektə zərbə endirib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, zərbə ötən gecə bir neçə "Corsair" suüstü pilotsuz aparatından istifadə edilməklə endirilib.

CENTCOM-dan qeyd edilib ki, bu, ABŞ hərbçiləri tərəfindən döyüş əməliyyatında dəniz pilotsuz aparatlarının tətbiq edildiyi ilk haldır.

Komandanlıqdan həmçinin bildirlib ki, zərbələr İranın kommersiya gəmiçiliyinə hücumları davam etdirmək imkanlarını azaldıb.