ABŞ İrana xəbərdarlıq: Grünməmiş miqyasda iqtisadi təcrid tədbirləri tətbiq edəcək
14 Avqust 2026
Vaşinqton İrana qarşı indiyədək heç bir ölkəyə tətbiq edilməmiş miqyasda iqtisadi təcrid tədbirləri görəcək.
Bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Newsmax”a bildirib.
Onun sözlərinə görə, bu tədbirlər misli görünməmiş iqtisadi təcrid siyasəti ilə yanaşı, Hörmüz boğazında davam edən blokadanı da əhatə edəcək.
Bessent qeyd edib ki, məqsəd İran limanlarına hər hansı yükün daxil olmasının və ya oradan çıxmasının qarşısını almaqdır.