ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
17 İyul 2026
ABŞ-ın İrana qarşı hərbi əməliyyat zamanı sərf etdiyi silah ehtiyatlarını bərpa etməsi üçün ən azı dörd il tələb olunacaq.
Bu barədə "The Hill" nəşri hərbi analitiklərə istinadən məlumat yayıb.
Məqalədə bildirilir ki, əməliyyatın ilk mərhələsində ABŞ ordusu 13 mindən çox yüksək dəqiqlikli sursatdan istifadə edib. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) təhlilinə əsasən, ABŞ Patriot raket ehtiyatlarının təxminən yarısını, THAAD komplekslərinin yarıdan çoxunu və Precision Strike Missile raketlərinin 45 faizindən çoxunu sərf edib.
Analitiklərin fikrincə, Konqres lazımi maliyyələşməni təsdiqləsə belə, ehtiyatların tam bərpası azı dörd il vaxt aparacaq. İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat başlanacağı halda isə bu müddət daha da uzana bilər.