Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-da üzərində Trampın təsviri olan qızıl sikkə buraxacaq

ABŞ Zərbxanası üzərində Prezident Donald Trampın təsviri olan 1 dollar nominalında yeni qızıl sikkə buraxacaq.

Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkəsində yazıb.

"ABŞ müstəqilliyinin 250 illiyini qeyd etdiyi bir vaxtda Zərbxana azadlığın sönməz irsi və vətənpərvərliyin əbədi simvolunun şərəfinə 1 dollar nominalında yeni qızıl sikkə buraxmağa başlayacaq. Prezident Trampın təsviri ilə", - o qeyd edib.