Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski müdafiə nazirini işdən çıxardır

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Oleksiy Reznikovu işdən çıxarmaq qərarına gəldiyini və onun yerinə Dövlət Əmlak Fondunun rəhbəri Rüstəm Umerovun keçməli olduğunu bildirib.

Bu barədə dövlət başçısı axşam videomüraciətində bildirib.

Onun sözlərinə görə, kadr dəyişikliyi barədə təklif bu həftə göndəriləcək.

“Hesab edirəm ki, nazirliyin həm ordu ilə, həm də bütövlükdə cəmiyyətlə yeni yanaşmalara və digər qarşılıqlı fəaliyyət formatlarına ehtiyacı var. İndi nazirliyə Rüstəm Umerov başçılıq etməlidir. Ukrayna Ali Radası bu adamı yaxşı tanıyır və cənab Umerovun əlavə təqdimata ehtiyacı yoxdur. Mən parlamentin bu namizədliyi dəstəkləyəcəyini gözləyirəm”, - Ukrayna lideri vurğulayıb.