İsrail prezidenti Azərbaycana gələcək
30 Oktyabr 2024
İsrail prezidenti İshaq Hersoq gələn ay Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının iqlim üzrə konfransında (COP 29) öz ölkəsinə rəhbərlik edəcək, The times of Israel bildirib.
Nəşr qeyd edib ki, Hersoq Prezident Sayayındakı görüşdə Hersoq "iqlim dəyişikliyi probleminin əhəmiyyətini" vurğulayıb. Bundan əlavə, prezident deyib ki, indiki vəziyyətdə İsrail üçün daha da aktual olan regional əməkdaşlığı möhkəmləndirmək lazımdır.
Hökumət məmurları, biznesmenlər akademiklər və vətəndaş cəmiyyəti fəallarının, həmçinin COP20-də ölkəni təmsil etmək üçün seçilmiş 29 iqlim startapının görüşündə Hersoq deyb ki, "bəziləri ölkə müharibə vəziyyətindəykən iqlim böhranının müzakirəsini yersiz hesab etsə də, tam əksinədir”.
COP 29 iqlim konfransı noyabrın 11-22-də Bakıda keçiriləcək.