Xaçmazda iki nəfər göbələkdən zəhərlənərək ölüb
30 Oktyabr 2024
Xaçmaz rayonunda göbələkdən zəhərlənənən iki qadın vəfat edib. Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, dünyasını dəyişənlər 46 və 41 yaşında olub.
"Zəhərlənənlər göbələyin ən təhlükəli növü olan "solğun əzvay" göbələyini yığıb yeyib. Bu göbələyi qaynadanda, bişirəndə də zəhəri parçalanmır", deyə Maqsudov qeyd edib.
Hər iki qadın Xaçmazın Seyidli kəndində meşədə göbələk yeyib. Bundan sonra hər iki qadın zəhərlənərək xəstəxanaya yerləşdirilib. Vəziyyətləri ağırlaşdığından Bakıda yerləşən Kliniki Tibbi Mərkəzə göndəriliblər. Zəhərlənənlərdən İlahə Bayramova Bakıya gətirilərkən yolda ölüb. Günel Abdullayeva isə xəstəxanada vəfat edib.