İsrail İrana cavab vəd etdi: "Vuracağıq"
30 Oktyabr 2024
İsrail İran tərəfindən yeni hücum olacağı təqdirdə əvvəllər istifadə etmədiyi imkanlardan yararlananraq yeni hədəflərə zərbə endirəcək.
Bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
“Əgər İran səhv edib İsrailə qarşı yenidən raket hücumu həyata keçirsə, biz yenə də İrana necə çatacağımızı biləcəyik və əvvəlki dəfə istifadə etmədiyimiz imkanlardan istifadə edərək həm onların (iranlıların) imkanlarına, həm də hələlik təxirə saldığımız hədəflərə çox güclü zərbə endirəcəyik”, – o, Ramon HHQ bazasına səfəri zamanı bildirib.
Halevi qeyd edib ki, İsrail hərbçiləri İrandakı bir sıra obyektlərə zərbə endirməyi çox sadə səbəbdən təxirə salıblar ki, bu da “bəlkə bunu (yeni hücuma cavab vermək) yenidən etmək lazım gələcək” anlayışından ibarətdir.
“Bu hadisə hələ başa çatmayıb, biz hələ də onun mərkəzindəyik”, – o əlavə edib.