Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zaxar Prilepinə sui-qəsd olub

Rusiyalı yazıçı və siyasətçi Zaxar Prilepinə sui-qəsd olub.

Bu gün yerli vaxtla yazıçının olduğu “Audi Q7” markalı avtomobil Nijeqorod vilayətinin Bor şəhərində hərəkətdə olan zaman partladılıb.

Nəticədə Prilepin ağır yaralanıb. Onun sürücüsü və mühafizəçisi Ukrayna vətəndaşı olan Aleksandr ölüb.

Məlum olub ki, Prilepin Donetskdən gəlirmiş. Avtomobildə onun qızının da olduğu, partlayışdan az əvvəl avtomobildən düşdüyü bildirilib.

Prilepinin vəziyyətinin ağır olduğu, hazırda partlayışın baş verdiyi ərazidə olduğu, həkimlərin onun təxliyəsi üçün helikopter gözlədiyi qeyd olunub.