Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib
05 Noyabr 2024
Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan sülh sazişi üzrə cavab təkliflərini (11-ci təkliflər paketi) Ermənistana göndərib.