Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Kursk vilayətində 10 min koreyalı hərbçi göndərib

ABŞ hesab edir ki, Şimali Koreyanın 10000 hərbçisi Rusiyanın Kursk vilayətində yerləşdirilib, bazar ertəsi Dövlət Departamenti bildirib.

"Cümə axşamı  onların sayı 8000 nəfər olaraq dəyərləndirilmişdi, amma indi görürük ki, Kurska 10000-nə yaxın adam gedib", - mətbuat katibi Metyu Miller brifinqdə  Turan-ın sualını cavablandırarkən deyib.

Vaşinqton Moskvanın Ukrayna qüvvələrinə qarşı savaşda Şimali Koreya əsgərlərindən istifadə etmək niyyətindən getdikcə daha çox narahat olur.