Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xətaidə yeni tikilən binanın bünövrəsi çökür - VİDEO

Yeni tikilən binanın bünövrəsi karroziyaya uğrayır.

Söhbət Xətai rayonu, Ceyhun Həsənov küçəsi 81 ünvanında “Qayğı” mənzil-tikinti kooperativi tərəfindən inşa edilən binanın qarajından gedir.

Sakinlər bildiriblər ki, bir neçə il əvvəl tikilərək sakinlərin istifadəsinə verilən binada təxminən 50 ailə yaşayır. Digərləri də yaşamaq üçün təmirə başlayıblar. Amma binanın qarajını son aylarda su basıb.

Zirzəmidə daimi qurunt suları olduğundan divarlar nəmişlik içindədir. Sahibsiz və ya hələ təmir olunmamış evlərin pəncərələri də sakinlər üçün bir başqa təhlükədən xəbər verir.

Məsələ ilə bağlı “Qayğı” mənzil-tikinti kooperativinin mühənddisi Seyfəddin Qaralov bildirib ki, qarajdakı kanalizasiya suyudur və onun qarşısının alınması istiqamətində iş görülür.

Fövqəladə Hallar Nazirliyi də təhlükə saçan bina barədə açıqlama verib.

Bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır.

Baş Prokurorluqdan isə bildirilib ki, bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Qayğı” mənzil-tikinti kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilib və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir:

“Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur”.