Xankəndində silahlı qarşıdurma - VİDEO
28 Avqust 2023
Ötən gecə Xankəndində Araik Arutyunyanın tərəfdarları və əleyhdarları arasında ilk silahlı qarşıdurma olub. Yerli mənbələrin məlumatına görə, "naməlum şəxslər Arsax prezidentinin iqamətgahı istiqamətində atəş açıb".
Tezliklə şəbəkədə silahlı insanların göründüyü və atəş səslərinin eşidildiyi videogörüntü yayılıb. Xəsarət alanların olub-olmadığı məlum deyil.
Bu gün yerli polis “prezidentin iqamətgahı”na silahlı basqın faktını təsdiqləyib. Faktla baglı iki nəfər həbs edilib. Baş verənlərlə bağlı başqa izahat verməyib.
Məlum olduğu kimi, son günlər bir tərəfdən "prezident" Araik Arutyunyan, digər tərəfdən "parlamentin" sədri David İşxanyan və keçmiş "dövlət naziri" Ruben Vardanyan arasında münasibətlər gərginləşib. Hər iki tərəf bir-birini Qarabağın maraqlarına xəyanətdə ittiham edib və qətiyyətli addımlar atmağa çağırıb.
Arutyunyanın silahlı tərəfdarları artıq "parlamentə" hücum ediblər və "hökuməti" devirməklə hədələyiblər.
[video width="368" height="640" mp4="http://pressklub.az/wp-content/uploads/2023/08/082800065825.mp4"][/video]