Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya ərazisinə cavab zərbəsi endirib - Bu dəfə Voronejə

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.

Bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.

O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.