Bakıda yağış sürücülərə yenidən problemlər yaradıb
28 Oktyabr 2024
Oktyabrln 28-də səhər güclü yağıntı nəticəsində Bağırov köprüsünü su basıb. Nəticədə Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində tıxac yaranıb, avtomobil sürücüləri bildiriblər.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatına görə, yaranan subasma təhlükəsi aradan qaldırılıb.
Məlumatda deyilir ki, körpüyə aid su nasosları adi rejimdə işləyir, bura əlavə texnika və işçi qüvvəsi cəlb edilib. Paytaxda riskli ərazilərdə yerləşən digər körpü və keçidlər də nəzarətdə saxlanılır.