Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan müdafiə xərclərini 20 faiz artırır

Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək.

Ermənistan mətbuatı xəbər verir ki, bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib.

"Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur", - o, ölkənin 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir əlavə edib ki, əsaslı büdcə xərclərinin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.