Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan və Azərbaycan nümayəndələri əsir və itkin düşmüş şəxslərlə bağlı görüşəcəklər

Yaxın vaxtlarda əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfi ilə görüş gözlənilir. Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan oktyabrın 28-də İrəvanda jurnalistlərə bildirib.

“Yaxın vaxtlarda belə bir görüşün baş tutması çox mümkündür. Tarixləri qeyd etməyəcəyəm, lakin çox güman ki, yaxın vaxtlarda komissiyalar çərçivəsində görüş keçiriləcək”, - Abazyan qeyd edib.

Onun sözlərinə görə, belə bir görüşün dəqiq tarixləri və yeri hələ razılaşdırılmayıb.