Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Şuşada baş konsulluq açmağa hazırdır

Türkiyə Azərbaycanla Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlıdır. Bu barədə Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Azərbaycan prezidentinin saytında yer alan məlumata görə, Erdoğan həmçinin Türkiyənin Şuşada baş konsulluq açmağa hazır olduğunu bildirib.

"Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq", - deyə Türkiyə prezidenti bildirib.