Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp təqsirli bilindi - 136 il həbs cəzası ala bilər

Nyu-York məhkəməsinin andçıları ölkənin keçmiş prezidenti Donald Trampı porno aktrisaya ödənişlə bağlı biznes sənədlərini saxtalaşdırmaqda təqsirli biliblər.

Keçmiş dövlət başçısı 34 maddənin hamısı üzrə təqsirli bilib.

Andçıların qərarından sonra hüquqi prosesin növbəti mərhələsi hökmün çıxarılmasıdır.

Trampın hökmdən şikayət etmək hüququ var. Lakin bu, onun prezidentliyə namizəd olmasına mane olmur. Trampa qarşı irəli sürülən ittihamların cəminə görə mümkün olan maksimum cəza 136 il həbsdir.